Müdafiə Nazirliyi Mətbuat Xidmətinin keçmiş rəhbəri Ramiz Məlikov vəfat edib.
Senzor.az bildirir ki, bu barədə onun sosial hesabında paylaşım edilib.
"Ramiz Məlikov uzun sürən xəstəlikdən sonra bu gün 87 yaşında dünyasını dəyişib", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Ramiz Məlikov həm də "Duyğun" imzası ilə tanınan şair, publisist olaraq Azərbaycan Yazıçılar Birliyinin üzvü idi.