DİN və Dini Komitə vətəndaşlara müraciət etdilər
MƏHƏRRƏM AYI İLƏ BAĞLI

Daxili İşlər Nazirliyi (DİN) və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vətəndaşlara müraciət ediblər.

 

DİN-dən Senzor.az-a verilən xəbərə görə, müraciətdə deyilir:

 

"Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” Qanununa əsasən, dini mərasimlərin yalnız məscid və ziyarətgahların ərazisində keçirilməsi nəzərdə tutulur.

  

İyunun 26-dan başlayan Məhərrəm ayında ibadət yerlərində təhlükəsizliyin təmin olunması, eyni zamanda nəqliyyatın fasiləsiz hərəkətinin tənzimlənməsi məqsədilə müvafiq tədbirlər görülür.

 

Xüsusilə qeyd etmək istəyirik ki, bəzi valideynlərin azyaşlı uşaqları dini mərasimlərə, o cümlədən təziyə məclislərinə aparması halları müşahidə olunmaqdadır. Bu zaman uşaqların həm fiziki, həm də psixoloji təhlükəsizliyi nəzərə alınmalıdır. Valideynlərdən xahiş edirik ki, azyaşlı uşaqların bu cür kütləvi mərasimlərdə iştirakının məqsədəuyğun olmadığını nəzərə alsınlar və qanunvericiliklə ziddiyyət təşkil edən halların qarşısının alınmasına xüsusi həssaslıqla yanaşsınlar.

 

Hər bir vətəndaşın sağlamlığının, hüquqlarının və təhlükəsizliyinin qorunması bizim ümumi məsuliyyətimizdir".






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.