Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
Oxu.az-ın məlumatına görə, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1985-ci il təvəllüdlü Aygün Siracəddin qızı Bağırovaya çoxsaylı bıçaq zərbələri endirilib. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. A.Bağırova xəstəxanada dünyasını dəyişib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1982-ci il təvəllüdlü Habil Hüseyn oğlu Bağırov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.