Əməkdar mədəniyyət işçisi Aşıq Əhliman Rəhimov insult keçirib.
Bu barədə “Qaynarinfo”ya açıqlamasında Aşıq Ağamurad İsrafilov məlumat verib.
O, aşığın səhhətinin ağır olduğunu bildirib: “Dili tutulub, danışa bilmir. Bu yaxınlarda onun 70 illiyi ilə bağlı veriliş hazırlanırdı. Onun haqqında həyat yoldaşı danışdı. Müalicələr aparılır, ümid Allahadır”.
O da xatırladılıb ki, Aşıq Əhliman bir neçə il əvvəl insult keçiribmiş, onun ardınca isə açıq ürək əməliyyatı da olunub.
…Aşıq Əhliman Rəhimovun qızı Nəzrin Rəhimova yazılanlara münasibət bildirib. O, oxu.az-a açıqlamasında söyləyib ki, atasının sağlamlıq durumu ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
N.Rəhimova qeyd edib ki, atası sonuncu dəfə 10 il əvvəl insult keçirib və hazırda vəziyyəti yaxşıdır.