Sabirabad rayonunda kişi arvadı tərəfindən döyülüb.
Senzor.az DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupuna istinadən bildirir ki, Sabirabad rayon sakini M.Musayev dünən saat 21 radələrində DİN-in "102" Xidməti-Zəng Mərkəzinə müraciət edərək, həyat yoldaşının ona taxtadan olan stulla xəsarət yetirdiyini bildirib.
Ona xəsarəti ilə bağlı xəstəxanada tibbi yardım göstərilib və evə buraxılıb.
Faktla bağlı polis şöbəsində araşdırma aparılır.