“lnstagram”da narkokuryerliyə cəlb olunan şəxs Qaradağda 16 kq narkotiklə tutuldu
VİDEO

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat zamanı 33 yaşlı Mirzə Mirzəyev saxlanılıb.

 

Senzor.az DİN-ə istinadən bildirir ki, ondan ümumilikdə 16 kiloqram 145 qram narkotik vasitə olan marixuana aşkarlanıb.

 

Saxlanılan şəxs narkotikləri “lnstagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından satış məqsədi ilə əldə etdiyini bildirib. M.Mirzəyevin bundan əvvəl də həmin şəxs tərəfindən kuryerliyə cəlb olunaraq paytaxt ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyi məlum olub.

 

Faktla bağlı Qaradağ RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

 

M.Mirzəyev ilə əlbir olan digər şəxslərin də tapılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

 

Qeyd edilib ki, son 3 ay ərzində polis əməkdaşlarının Qaradağ rayonunda həyata keçirdikləri əməliyyatlar zamanı 94 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.