Paytaxt sakini olan iki nəfərin bank kartından, ümumilikdə 3900 manat pul oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə müraciət ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Senzor.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 24 yaşlı Ş.Abbasov və 22 yaşlı N.Teyyubov müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.