Gəncədə gəlin ərini və qayınanasını BIÇAQLAYIB

Gəncədə iki nəfər bıçaqlanıb.

 

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Fərhad Əliyev küçəsində qeydə alınıb.

 

Belə ki, 1970-ci il təvəllüdlü Daşkəsən rayon sakini Nazlı Paşayeva və onun oğlu, 1996-cı il təvəllüdlü Orxan Paşayev bıçaq yarası ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.

 

İlkin məlumata görə, onlara xəsarət yetirən şəxs qohumları A.Məmmədovadır.

 

Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, bu gün saat 16:30 radələrində 2 nəfər (1 qadın, 1 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Sol bazunun kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilən 1970-ci il təvəllüdlü və sol sarğının kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən 1996-cı il təvəllüdlü pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. 

 

Vəziyyətləri stabil olan şəxslərin müalicəsi müvafiq şöbədə davam etdirilir”.

 

Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Məmmədova saxlanılaraq istintaqa təhvil verilib.

 

A.Məmmədovanın ailənin gəlini olduğu bildirilir.

 

Araşdırma aparılır.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.