Şəmkir rayonunda qətl hadisəsi baş verib.
Senzor.az bildirir ki, hadisə rayonun Sarıtəpə kəndində baş verib.
Kənd sakini, 1968-ci il təvəllüdlü Sənan Əsgərov Bakıdan qonaq gələn kürəkəni, 1993-cü il təvəllüdlü Tural Abdullayevlə mübahisə edib.
Mübahisə davaya çevrilib və nəticədə T.Abdullayev qayınatasına bıçaqla xəsarət yetirib. Bundan sonra S.Əsgərov kürəkənindən bıçağı alaraq ona qarın və ürək nahiyəsindən bir neçə bıçaq zərbəsi endirib. Hər iki şəxs xəstəxanaya çatdırılsa da, T.Abdullayevin həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma başlanılıb.