Lənkəranda saxlanılan narkokuryerdən 13 kq marixuana aşkarlandı

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Senzor.az-a verilən məlumata görə, tədbirlərlə əvvəllər də eyni əmələ görə məhkum edilmiş Ruslan Ramazanlı saxlanılıb.

 

Ondan sosial şəbəkədə tanış olduğu xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi 13 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla R.Ramazanlının narkokuryerliyə cəlb edildiyi və marixuananı maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

 

Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

 

Bundan əlavə, Lənkəran ŞRPŞ əməkdaşlarının son bir ay ərzində rayon ərazisində keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 20 fakt aşkarlanıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.