Bakıda oğurluq və soyğunçuluq edən şəxslər saxlanıldı

Paytaxtın Nəsimi rayonunda talama cinayətləri qeydə alınıb.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Məlumata görə, naməlum şəxslər paytaxt sakininə qarşı soyğunçuluq edərək pul vəsaitini, rayon ərazisində yerləşən köşklərin birindən isə mənimsəmə yolu ilə 12 160 manatı ələ keçiriblər.

 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı M.Mehdiyeva, 22 yaşlı N.Rüstəmov və 20 yaşlı Ə.Məmmədov saxlanılıblar.

 

Nəsimi rayonunda keçirilən digər tədbirlər zamanı isə vətəndaşın bank kartından 600 manat, eləcə də marketlərin birindən 450 manat dəyərində lotoreya biletləri oğurlamaqda şübhəli bilinən 36 yaşlı E.Pirməmmədov da saxlanılıb.

 

Faktlarla bağlı araşdırmalar aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.