Xırdalanda gecə səs-küy yaradan 12 nəfər saxlanılıb
VİDEO

Xırdalan şəhərində gecə saatlarında sakinlərin rahatlığını pozan, yüksək səs effekti yaradan motosikletlər və digər nəqliyyat vasitələri ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülür.

 

DİN-dən Senzor.az-a verilən məlumata görə, tədbirlərlə bilərəkdən motosikletlərinə müdaxilə edərək səs gücünü artıran 12 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.

 

Bununla yanaşı, avtomobillərində konstruksiya dəyişikliyi edən, sərxoş vəziyyətdə və sürücülük hüququ olmadan sükan arxasına keçən şəxslər, səs-küy qaydalarını pozan, tütün məmulatlarının istifadəsi qaydalarına əməl etməyənlər, tullantıları urnalardan kənara atan və xırda xuliqanlıq edənlənlər müəyyən olunublar.

 

Ümumilikdə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 70 nəfərdən artıq şəxs barəsində inzibati tədbirlər görülüb, onlarla profilaktik söhbətlər aparılıb.

 

Paytaxtla yanaşı Abşeron rayonunda da sakinləri narahat edən halların qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən kompleks tədbirlər davam etdiriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.