
Senzor.az Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən bildirir ki, üzərindən narkotik vasitə olan “heroin” aşkar edilən saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun 2021 və 2022-ci illərin müxtəlif vaxtlarında rayon razisindəki ümumilikdə 4 mağazaya qeyri-qanuni yolla daxil olaraq oradan müxtəlif məbləğlərdə nağd pul, danışıq kartları və tütün məmulatları oğurladığı müəyyən edilib.
Saxlanılan şəxs istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.
