Sabunçuda əməliyyat - 11 KQ NARKOTİK AŞKARLANDI
FOTO

Sabunçu Rayon Polis İdarəsinin NMB-nin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçiriblər.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Senzor.az-a verilən məlumata görə, əməliyyat zamanı narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 32 yaşlı Ağamir Mirələmzadə saxlanılıb.

 

Bildirilir ki, ondan 11 kiloqramdan artıq tərkibinə psixotrop maddələr əlavə edilən marixuana aşkarlanaraq götürülüb.

 

Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara pul müqabilində çatdıracağını bildirib.

 

Faktla bağlı başlanan cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.

 

Qeyd edək ki, Sabunçu rayonunda polis əməkdaşları tərəfindən cari ilin əvvəlindən bu günə qədər keçirilən əməliyyatlar zamanı 95 kiloqram müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.