Ukraynada həbs edilən azərbaycanlı şirkət rəhbəri Bakıya gətirildi - EKSTRADİSİYA
Ukraynada həbs edilən azərbaycanlı iş adamı ekstradisiya olunub.
 
Senzor.az bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
 
Bildirilib ki, Baş Prokurorluq Azərbaycan vətəndaşı Kərimov Nizami Qulam oğlunun ekstradisiyası haqqında vəsatəti Ukrayna Baş Prokurorluğu tərəfindən təmin edilib.
 
Abşeron Rayon Polis İdarəsinin İstintaq bölməsinin icraatında olan cinayət işi üzrə Nizami Kərimovun “Rafat LTD” MMC-nin direktoru vəzifəsində işləyərkən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə mülkiyyət hüququ olmadan torpaq sahələrini satmaqla vətəndaşlara külli miqdarda ziyan vurduğuna dair əsaslı şübhələr müəyyən edildiyindən o, Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində 2017-ci il noyabrın 17-də həbs qətimkan tədbiri seçilməklə axtarış elan olunub.
 
N.Kərimov bu il yanvarın 13-də Ukraynada müəyyən edilərək saxlanılıb.
 
Fevralın 17-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Nizami Kərimov Ukraynadan Azərbaycana gətirilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.