Bakıda yolu bağlayan sürücülər üzr istədilər - VİDEO
Bu gün Bakıda yolu bağlayan sürücülər üzr istəyiblər.
 
ATV xəbər verir ki, onlar tıxaca səbəb olduqlarına görə peşman olduqlarını dilə gətiriblər. 
 
TIR-lardan birini sürən "R Group Azerbaijan" MMC-nin rəhbəri Rəmiş Cəfərov bildirib ki, TIR-ı saxlayıb və süni tıxac yaradıb. 
 
Qeyd edək ki, bu gün Heydər Əliyev prospektində yolu bağlayan TIR sürücüsü Rəmiş Cəfərov saxlanılıb. Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərovun “Feysbuk”dakı canlı yayımında sürücünün atası Zəkiran Cəfərov bildirib. Onun sözlərinə görə, oğlu hazırda Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində saxlanılır.
 
Xatırladaq ki, TIR sürücülərinin yolu bağlaması faktı ilə əlaqədar cinayət işi başlanılıb.
 
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb: "Məsələyə hüquqi müstəvidə qiymət veriləcək".







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.