Tehranda yağış yağması üçün kollektiv dua edildi - YAĞACAQ?

İranın dövlət televiziyasının məlumatına görə, ölkənin qərb hissəsindən İrana yağış buludları daxil olub, gələn həftə bir neçə əyalətdə yağıntı gözlənilir.

 

Publika.az xəbər verir ki, cümə günü İran paytaxtının sakinləri altı aylıq quraqlığın yaratdığı su böhranı fonunda İmam Xomeyninin şagirdi Ayətullah Cəmaləddin Dinpərvərin imamlığı ilə Tehranın şimalında yerləşən məşhur İmamzadə Saleh hərəm kompleksində yağış üçün kollektiv namaz qılıblar.

 

“Şərqi Azərbaycan, Qərbi Azərbaycan, İlam, Kirmanşah, Kürdüstan, Luristan, Həmədan, Xuzistan, Çaharmahal və Bəxtiyari əyalətləri də daxil olmaqla, şənbə günü ölkənin qərb bölgəsində yağış yağacağı gözlənilir. Mərkəzi Əlborz, Zəncan, Qəzvin, Markazi və İsfahan əyalətlərində də yağıntı gözlənilir”, - məlumatda deyilir.

 

Tehrandakı su böhranı ilə əlaqədar İran rəsmiləri noyabrın 8-də xəbərdarlıq ediblər ki, onlar gecə saatlarında su təchizatını vaxtaşırı bağlamaq məcburiyyətində qalacaqlar və sakinlər su ehtiyatı toplamağa başlamalıdırlar. Tehran Su Şirkətinin baş direktoru Behzad Parsa noyabrın əvvəlində vurğulamışdı ki, İran paytaxtı son 60 ildə ilk dəfə ardıcıl altıncı ildir ki, quraqlıqla üzləşir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.