
Oğuz rayonunda 1978-ci il təvəllüdlü Zahirə Elxan qızı Qəhrəmanova yaşadığı evdə kəsici alətlə qətlə yetirilib.
"Report"un məlumatına görə, hadisə Calud kəndindəki fermada baş verib.
Hadisəni törətməkdə onun oğlu, 2010-cu il təvəllüdlü O.Q şübhəli bilinir.
O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə cəlb olunub.
Fakt araşdırılır.
