Şair Arif Buzovnalı dünyasını dəyişdi

Şair, qəzəlxan Arif Buzovnalı (Arif Əliyev) uzun sürən xəstəlikdən sonra 53 yaşında vəfat edib.

 

Senzor.az bildirir ki, bu barədə KİV-ə mərhumun yaxınları məlumat veriblər.

 

Bildirilib ki, o bu gün yaşadığı evdə dünyasını dəyişib.

 

Qeyd edək ki, Arif Buzovnalı 6 sentyabr 1972-ci ildə Bakının Buzovna qəsəbəsində anadan olub. 1979–1989-cu illərdə Buzovna qəsəbəsindəki 26 saylı orta məktəbdə təhsil alıb. 1990-cı ildə hərbi xidmətə yollanıb və 1992-ci ildə Sovet ordusunda (sonradan MDB ordusunda) xidmətini başa vurub. 1993-cü ildə Azərbaycan Pedaqoji İnstitutuna qəbul olunsa da, təhsilinə başlamadan könüllü şəkildə Qarabağ cəbhəsinə gedib və atəşkəsə – 1994-cü ilin 1 mayınadək Əzizbəyov adına Könüllülər Batalyonunda döyüşüb.

 

O, Bakıda və Abşeronda fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən "Füzuli" və "Məcməüş-şüəra" məclislərinin üzvü olub.

 

2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri idi.

 

Allah rəhmət eləsin!






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.