Həccə getmək istəyənlərin nəzərinə:
QEYDİYYAT TEZ BAŞA ÇATACAQ

Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyi Həcc ziyarəti üçün öncəlikli hazırlıqlar prosedurlarının daha erkən başlanması üçün ildən-ilə yeni işlər görür".

 

Senzor.az bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri deyib.

 

O bildirib ki, bu il nazirlik dünyadakı bütün Həcc missiyalarına ötən ziyarətdən qısa müddət keçdikdən sonra növbəti Həcc ziyarəti üçün sənəd qəbulunun başlanması barədə göstərişlər verib: "Müvafiq olaraq vizaların verilməsi proseduru da çox erkən başladılaraq, Ramazan ayının sonunadək bitirilməsi bildirilir. Həccə niyyəti olan vətəndaşlarımızdan xahiş edirik, vaxtın genişliyinə baxmasınlar, yerlər bitmədən gəlib qeydiyyata alınsınlar.”

 

Vüsal Cahangirinin sözlərinə görə, qeydiyyata erkən başlanılmasına rəğmən, hər gün vətəndaşlar Həccə qeydiyyata alınmaq üçün müraciət edirlər: "Öncəki təcrübələrimzə görə demək istəyirəm ki, mövsümün sonunda xeyli vətəndaşlar gəlib Həccə getmək üçün müraciət edirlər, həmin ərəfədə artıq kvota tamamlanır və vətəndaş Həccə gedə bilmir. Həcc üçün niyyət etmiş zəvvarlara gec qalmadan müraciət etmələrini tövsiyə edirik.”






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.