Sumqayıtda 28 kq narkotikin satışının qarşısı alınıb
VİDEO

Sumqayıtda 28 kq narkotik vasitənin satışının qarşısı alınıb.

 

Senzor.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən növbəti əməliyyat zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 34 yaşlı Turan Əhmədzadə və tanışı 25 yaşlı Orxan Abdullayev saxlanılıblar.

 

Onlardan ümumilikdə 28 kiloqram 200 qram tərkibinə zərərli maddələr əlavə olunmuş marixuana aşkarlanıb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri satmaq niyyəti ilə əldə etdiklərini bildiriblər.

 

Faktla bağlı cinayət işi başlanılıb. Narkotiklərin dövriyyəsində T.Əhmədzadə və O.Abdullayevlə əlbir olan digər şəxslərin də müəyyən olunması istiqamətində əməliyyatlar davam etdirilir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.