Lerikdə narkokuryerlər saxlanıldı

Ölkə ərazisinə qaçaqmal yolu ilə gətirilmiş külli miqdarda güclü təsiredən xassəyə malik narkotik vasitə və psixotrop maddə polis əməkdaşları tərəfindən aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Senzor.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsi  əməkdaşlarının çətin relyef şəraitli ərazidə keçirdikləri əməliyyat tədbirlərilə əvvəllər məhkum olunmuş 40 yaşlı Elmir Daşdəmirov, 58 yaşlı Cavanşir Əkbərov və 68 yaşlı Məhərrəm Rəhimov saxlanılıblar. 

 

Onlardan xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdikləri 12 kiloqram narkotik vasitə və psixotrop maddə, o cümlədən 7 kiloqram heroin, 5 kiloqram metamfetamin, əlavə olaraq marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər narkotiklərin daşınmasını həyata keçirərkən diqqət çəkməmək və ifşa olunmamaq məqsədilə guya sitrus meyvələrinin satışı ilə məşğul olduqları görüntüsü yaradıblar.

 

Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər üçü barəsində həbs qətimkan tədbiri seçilib.

 

Araşdırmalar aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.