Narkotik vasitənin təsiri altında olan sürücü və...
QADIN SƏRNİŞİNLƏRİ SAXLANILDILAR

Bakı-Şamaxı-Yevlax yolunun Qobustan şəhəri ərazisindən keçən hissəsində "Toyota" markalı avtomobilin sürücüsü Elnur Əzimov qayda pozuntusuna yol verdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb.

 

Senzor.az bildirir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

 

Qeyd olunub ki, sürücünün, eləcə də avtomobildə olan iki qadın sərnişinin narkotik vasitənin təsiri altında olmalarına əsaslı şübhələr yarandığından onların tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.

 

Bununla yanaşı, avtomobilində narkotik vasitə olmasını etiraf edən E.Əzimov və sərnişinləri barədə qanunamüvafiq tədbirlər görülməklə, toplanmış materiallar Qobustan Rayon Məhkəməsinə göndərilib.

 

Məhkəmənin qərarı ilə hər üç şəxs məsuliyyətə cəlb olunub, o cümlədən E.Əzimov sürücülük hüququ məhdudlaşdırılmaqla 1 ay müddətə inzibati həbs edilib.

 

"BDYPİ bir daha narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək günahsız insanların həyatını təhlükəyə atan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı daha kəsərli tədbirlərin görüləcəyini bildirir", - deyə məlumatda vurğulanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.