Naxçıvanda yasda 23 qadın dəm qazından zəhərləndi

Naxçıvanda dəm qazından kütləvi zəhərlənmə olub.

 

Senzor.az-ın məlumatına görə, KİV-in sorğusuna cavab olaraq Naxçıvan Səhiyyə Nazirliyindən bildirilib ki, Babək rayonunun Kültəpə kəndindən 23 nəfər qadın dəm qazı zəhərlənməsi şübhəsi ilə Yoluxucu Xəstəliklər Mərkəzinə daxil olub.

 

Aparılmış tibbi müayinələr nəticəsində onların 8 nəfərində dəm qazından zəhərlənmə halları təsdiqlənib.

 

“Bütün pasiyentlərə zəruri tibbi müdaxilələr göstərilib, vəziyyətləri hərtərəfli qiymətləndirilib. Zərərçəkənlər arasında ağır vəziyyətdə olan şəxs qeydə alınmayıb.

 

Səhhəti stabilləşmiş şəxslər ambulator nəzarətə buraxılıb, hazırda Mərkəzdə stasionar müalicə alan pasiyent yoxdur”, - deyə məlumatda qeyd edilib.

 

APA-nın məlumatına görə, qadınlar adıçəkilən kənddə keçirilən yas mərasimində zəhərləniblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.