Ombudsman həbsxanada Əli Əliyevə baş çəkib
İnsan Hüquqları üzrə Müvəkkil – Ombudsman Səbinə Əliyeva fevralın 19-da Vətəndaş və İnkişaf Partiyasının həbsdə olan sədri Əli Əliyevlə görüşüb.
 
Bu barədə “Bumerang” TV-nin rəhbəri Elçin Rəhimov məlumat verib.
 
O qeyd edib ki, görüşlə bağlı Ombudsman Aparatı məlumat yaymasa da, VİP partiyasına zəng edərək bildiriblər.
 
Həmçinin, S. Əliyevanın təşəbbüsü ilə partiya sədrinin həyat yoldaşı da dünən Ə. Əliyevlə görüşüb.
 
Bakupost.az xatırladır ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.
 
İddiaçıların şikayətlərində göstərilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Çıxışdan sonra qəza nəticəsində sağ qalan hərbçilər Əli Əliyevi məhkəməyə veriblər. Onların şikayətləri ayrı icraatda araşdırılıb.
 
Yanvarın 13-də Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə DSX-nın polkovnik-leytenantı Emil Cəfərovun şikayəti təmin olunub.
 
Qərara əsasən, Əli Əliyev 5 ay müddətinə həbs edilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.