
Ağsu rayonunda yetkinlik yaşına çatmayan şəxslə bağlı törədilmiş qanunazidd əməllərə görə iki nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Senzor.az bildirir ki, iki nəfər rayon sakini tərəfindən 2011-ci il təvəllüdlü qıza qarşı əxlaqa və qanunvericiliyin tələblərinə zidd hərəkətlər törədilib.
Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı V.İlyasov və 26 yaşlı R.Vəlizadə müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onlar təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunublar. Barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq tədbirləri aparılır.