
Tərtərdə şəhər sakini, 1938-ci il təvəllüdlü Solmaz Fərzəliyevanın suvarma kanalına düşdüyü və suda batdığı ehtimal edilir.
Senzor.az bildirir ki, bu barədə yaxınları tərəfindən Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat verilib.
Hazırda FHN-in dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.