
Lent.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində baş verib.
Qəsəbə sakini, 45 yaşlı Şəfiqə Babaşova aralarında yaranmış münaqişə zəminində əri - 48 yaşlı Gəncalı Babaşovu bıçaqlayıb. Qarnından bıçaq xəsarəti alan kişi xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən Ş.Babaşova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.