
Modern.az xəbər verir ki, Seneqalda olarkən Ərdoğanın Mühafizə İdarəsi Xüsusi Əməliyyatlar Şöbəsinin müdiri Hayrettin Eren infarkt keçirib.
Bütün müdaxilələrə baxmayaraq, Eren həyatını itirib. Onun cənazəsi Seneqaldan Ərdoğanın təyyarəsi ilə Türkiyəyə gətirilib.
Bildirilir ki, Türkiyə Polis Təşkilatının 173-cü ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğanın qəbul etdiyi polislər arasında Hayrettin Eren də olub.