
Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevlə vida mərasimi keçirilib.
Senzor.az bildirir ki, vida mərasimindən sonra onun nəşi Hərbi Memorial Məzarlıqda torpağa tapşırılıb.
Vida və dəfn mərasimlərində Ş.Tağıyevin yaxınları, döyüş yoldaşları, dövlət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, o, dekabrın 29-da İsveçin Malmö şəhərində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Allah rəhmət eləsin!





**10:02)15.01.2026)

Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevla vida və dəfn mərasimi sabah saat 11:00-də keçiriləcək.
Bu barədə APA-ya mərhumun ailə üzvləri məlumat veriblər.
O, Hərbi Memorial Məzarlıqda dəfn olunacaq.
Qeyd edək ki, Milli Qəhrəmanın cənazəsi bu gün axşam Bakıya gətiriləcək.
Xatırladaq ki, əslən Şuşadan olan Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. O, 2001-ci ildə Azərbaycanı tərk edərək Avropaya köçüb. Şahin Tağıyev İsveçdə qocalar evində uzun sürən xəstəlikdən sonra vəfat edib.