Ağstafada səs yazısı yayılan məktəb direktoruna cinayət işi açıldı
Ağstafada səs yazısı yayılan məktəb direktoruna cinayət işi açılıb.
 
Senzor.az-ın məlumatına görə, KİV-in sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, mediada məktəb direktorunun səs yazısının yayılması faktı ilə bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılıb.
 
Araşdırmalarla Ş.Abadov adına Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin məktəbin müəllimlərindən təyin edilmiş dərs saatlarına görə müxtəlif məbləğlərdə pul tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.
 
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb.
 
Hazırda iş üzrə istintaq davam edir.
 
Xatırladaq ki, sosial şəbəkələrdə M.Məmmədovanın səs yazısı yayılmışdı. O, rəhbərlik etdiyi təhsil müəssisəsində işləyən müəllimdən əlavə dərs saatları müqabilində pul istəyirdi. Müəllim isə imkanının olmadığını söyləyirdi.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.