Məktəb direktoru şagirdi döyüb? - ARAŞDIRMA APARILIR
VİDEO

İmişli rayonunun Hacıalmuradlı kənd orta məktəbinin şagirdinin fiziki zorakılığa məruz qaldığı iddia olunur.

 

Senzor.az bildirir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

 

İddialara görə, şagirdi döyən şəxs təhsil müəssisəsinin direktorudur.

 

Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən KİV-in sorğusuna cavab olaraq qeyd edilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır: “Sosial mediada yayılan və yeniyetməyə qarşı uyğunsuz davranışın əks olunduğu görüntülərlə bağlı bildiririk ki, hadisədə iştirak edən şəxslərin kimliyini və görüntünün nə zaman çəkildiyini dəqiq müəyyən etmək üçün araşdırma aparılır. Şagirdə qarşı uyğunsuz davranışa yola verən şəxsin İmişli rayonu Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru olması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirib-etdirmədiyi nəzarətə götürülüb.

 

Yayılan görüntü ilə bağlı aparılan araşdırmanın gedişində hadisənin bütün detalları dəqiqləşdiriləcək və ictimaiyyətə məlumat veriləcək”. 

 

**

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan qrupundan bildirilib ki, məsələ ilə bağlı İmişli Rayon Polis Şöbəsində də prosesual araşdırma aparılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.