
Sərnişinə qarşı xuliqanlıq hərəkətləri etmiş taksi sürücüsü həbs olunub.
Senzor.az bildirir ki, hadisə Saatlı rayonu ərazisində qeydə alınıb.
Saatlı Rayon Polis Şöbəsinə müraciət edən xanım şikayətçi evə getmək üçün əyləşdiyi taksinin sürücüsünün yol boyu ona əxlaqsız təkliflər etdiyini deyib.
Şikayətlə bağlı dərhal araşdırmalar başlayıb və 23 yaşlı sürücü O.Məhərrəmov saxlanılaraq polis şöbəsinə aparılıb.
Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə O.Məhərrəmov inzibati qaydada 8 sutka həbs edilib.