
Suriya həbsxanalarından İraqa köçürülən İŞİD-çi məhkumların arasında 55 nəfər azərbaycanlı da var.
Bu barədə APA İraq Ədliyyə Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, İraq Ədliyyə Nazirliyinin siyahısıda Azərbaycan və daha 65 ölkənin adı yer alıb.
Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İŞİD üzvü məhkumların Suriyadan İraqa köçürülmə prosesinin tamamlandığını açıqlayıb. Suriyadan İraqa 5 700-ə qədər məhkum köçürülüb.