
Müvafiq dövlət qurumlarına təhlillər aparmaq və yeni iş rejiminə keçidlə bağlı siyahı hazırlamaq tapşırılıb.
“Xəzər Xəbər” bildirir ki, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun sözlərinə görə, ötən ilin əvvəlində Bakı və ətraf ərazilərdə nəqliyyat sıxlığını azaltmaq məqsədilə qəbul edilən Dövlət Proqramında dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejiminin dəyişdirilməsi də yer alıb.
İş rejiminin dəyişdirilməsini isə müxtəlif sahələrə görə tənzimləmək mümkündür. Sahib Məmmədov vurğulayıb ki, bəzi iş yerləri var ki, orada rejimin dəyişdirilməsi mümkün olmayacaq.
Hələlik isə bununla bağlı konkret addım atılmayıb.