Yanvarda Türkiyədə ev alan Azərbaycan vətəndaşlarının sayı artıb

Bu ilin yanvar ayında Azərbaycan vətəndaşları Türkiyədə 54 mənzil alıblar.

 

Bu barədə Türkiyənin Statistika İdarəsi məlumat yayıb.

 

Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4 mənzil və ya 8 % çoxdur.

 

Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə ev alanların siyahısında ilk onluqda, 7-ci yerdə qərarlaşıblar.

 

Ümumilikdə, 2026-cı ilin yanvar ayında Türkiyədə xarici vətəndaşlara 1 311 mənzil satılıb. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 247 mənzil və ya 15,8 % azdır.

 

Bu ilin yanvar ayında Türkiyədə ən çox mənzil alanlar Rusiya vətəndaşları olub. Onlara 219 mənzil satılıb. Bu, 2025-ci ilin yanvar ayı ilə müqayisədə 29 ədəd və ya 11,7 % azdır.

 

Növbəti yeri İran vətəndaşları tutublar. Yanvarda onlara bu ölkədə 118 mənzil satılıb ki, bu da illik müqayisədə 44 ədəd və ya 27,2 % azdır.

 

Türkiyədə ev alanların siyahısında üçüncü yerdə Ukrayna vətəndaşları qərarlaşıblar. Belə ki, yanvarda Ukrayna vətəndaşları Türkiyədə 77 mənzilə sahib olublar. Bu da 2025-ci ilin ilk ayı ilə müqayisədə 17 mənzil və ya 18,1 % azdır.

 

“Report” xatırladır ki, 2025-ci ildə Azərbaycan vətəndaşları Türkiyədə 944 mənzil alıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.