Məlum olduğu kimi, Ukraynadakı vəziyyətlə əlaqədar bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrin ərazisinə keçidi ilə bağlı diplomatik kanallarla əldə olunmuş razılıq əsasında Moldova Respublikası, Polşa Respublikası, Slovakiya Respublikası və Macarıstana quru yolla keçid imkanları ilə bağlı məlumat verilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən senzor.az-a daxil olan məlumata görə, son iki gün ərzində Ukraynanın Moldova ilə olan Oknitsa və Palanka sərhəd-keçid məntəqələri vasitəsilə quru yolla 500-ə yaxın vətəndaşımız Moldova ərazisinə daxil olub. Vətəndaşlardan 50 nəfər Rumıniya ərazisindən hava yolu ilə Azərbaycana geri dönüb.
"Ukraynanın Polşa ilə olan sərhəd-keçid məntəqələrindən quru yolla Polşa Respublikasının ərazisinə 190 vətəndaşımız keçib.
Ukraynadakı vəziyyətlə əlaqədar vətəndaşlarımıza hərbi obyektlərdən kənar olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edirik.
Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və [email protected] elektron poçt ünvanı, Xarkov şəhərindəki fəxri konsulluğu ilə (+38057) 7000531 telefon xətti və [email protected] elektron poçt ünvanı ilə məlumat əldə edə bilərlər.
Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat vətəndaşlarımıza təqdim ediləcəkdir", - deyə məlumatda bildirilib.
Bu arada məlum olub ki, Ukraynadakı vəziyyətlə əlaqədar, Rumıniya da Ukraynanı tərk etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarını qəbul etməyə hazırdır.
XİN-dən bildirilib ki, ciddi təhlükə ilə üzləşmiş Azərbaycan Respublikası vətəndaşları aşağıdakı qaydada Ukrayna ərazisini tərk edərək Rumıniyaya gedə bilərlər:
- Rumıniya Ukrayna arasındakı Halmeu, Sighetu, Marmatiei və Siret sərhəd-keçid məntəqələri vasitəsilə...
Diqqət! Ukraynadan Moldova Respublikasına gələn vətəndaşlarımız Moldova ilə Rumıniya arasında olan Stinca, Sculeni, Albita, Oancea, Galati və İsaccea sərhəd-keçid məntəqələri vasitəsilə Rumıniyaya daxil ola bilərlər.
- Rumıniya tərəfi Azərbaycan Respublikası vətəndaşlarının Ukrayna Respublikası ərazisini münaqişə səbəbindən tərk etməsini nəzərə alaraq, onlara münsibətdə ölkə ərazisindən tranzitlə keçmək üçün müvəqqəti olaraq viza tələbini ləğv etmişdir. Eyni zamanda, vətəndaşlarımız sərhəd-keçid məntəqəsində səyahət sənədini (pasport və ya qayıdış şəhadətnaməsi) təqdim etməlidir.
- Rumıniya tərəfi yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşlarından COVID-19 pasportunu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və COVID-19-a dair PCR testinin neqativ nəticəsini mütləq şəkildə tələb etməyəcək.
Yaranmış suallarla bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyi ilə +407 487 77744, +407 409 90079 və [email protected] elektron poçtu vasitəsilə əlaqə saxlaya bilər.