
Bu gün Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir.
Senzor.az Qafqaz Müsəlmanları İdarəsinin tərtib etdiyi cədvələ istinadən bildirir ki, bu il ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na, yəni martın 8-dən 9-na keçən gecəyə təsadüf edir.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olmağa başladığı gecədir. “Qurani-Kərim” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.
İkinci Qədr gecəsi martın 10-da, üçüncüsü 12-də, sonuncusu isə 16-da olacaq.
Əhya gecələrində oyaq qalıb ibadət etmək böyük savab hesab olunur.
Xatırladaq ki, Ramazan ayı Azərbaycanda fevralın 19-da başlayıb. Şəvval ayının 1-i, yəni martın 20-də Ramazan (Fitr) bayramı olacaq.