Həcc ziyarətinə sənəd qəbulunun müddəti YENİDƏN UZADILDI

Həcc ziyarətinə sənəd qəbulu aprelin ilk həftəsonunadək uzadılıb.

 

Senzor.az bildirir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri məlumat verib.

 

Onun sözlərinə görə, kvotanın 92 faizi artıq dolub və cəmi 8 faiz yer qalıb. Vüsal Cahangiri vətəndaşlara müraciət edərək, Həcc ziyarətinə getmək istəyənlərin yubanmadan qeydiyyatdan keçmələrini tövsiyə edib.

 

Qeyd edək ki, əvvəlcə Həcc ziyarəti üçün son qeydiyyat tarixi Ramazan ayının sonunadək müəyyən edilmişdi.

 

Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları təşkil edir.

 

Həcc ziyarəti üçün tələb olunan sənədlər aşağıdakılardır:

 

- Ümumvətəndaş pasportu (ən azı 1 il müddətə etibarlı olmalıdır);

- Şəxsiyyət vəsiqəsinin surəti;

- 5x5 sm ölçüdə ağ fonda çəkilmiş 2 ədəd rəngli fotoşəkil (qadınlar tünd hicabda);

- Sağlamlıq haqqında arayış.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.