Şəmkirdə qətl: 19 yaşlı Ramal Quliyevi kim və niyə öldürüb?

Aprelin 5-də Şəmkir rayonu ərazisində Ramal Quliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Senzor.az bildirir ki, Şəmkir Rayon Prokurorluğunun yaydığı məlumatda belə deyilir.

 

Qeyd olunub ki, araşdırma zamanı yetkinlik yaşına çatmayan şəxs tərəfindən rayonun Kür qəsəbəsi ərazisində Ramal Quliyevin qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Yetkinlik yaşına çatmamış şəxs rayon prokurorluğu tərəfindən şübhəli qismində tutulub.

**

Bu arada Şəmkirdə baş verən qətlin bəzi təfərrüatları məlum olub.

 

APA-nın məlumatına görə, qətlə yetirilən 19 yaşlı Ramal Quliyev hadisəni törədən 2010-cu il F.Paşazadənin bacısını sevirmiş.

 

Hadisəni törədən yeniyetmə gecə saatlarında R.Quliyevə zəng edərək evlərinə çağırıb. Görüş vaxtı tərəflər arasında mübahisə düşüb. Mübahisə zamanı yeniyetmə özündən 3 yaş böyük oğlana 3 bıçaq zərbəsi vurub.

 

R.Quliyev hadisə yerində həyatını itirib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.