
Abşeron rayonunun Masazır qəsəbəsində iki qadın qətlə yetirilib.
Senzor.az bildirir ki, ilkin versiyaya görə, Abşeron rayonu, Masazır qəsəbəsində 1987-ci il təvəllüdlü Pərişan Əlövsət qızı Süleymanova və 1996-cı il təvəllüdlü Nuranə Rüstəm qızı İsgəndərliyə kəsici-deşici alətlə xəsarət yetirilməsi və onların hadisə yerində ölməsi barədə polisə məlumat daxil olub.
Hazırda polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin (və ya şəxslərin) saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.