
ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens İranla danışıqlar aparmaq üçün İslamabada gəlib.
Bu barədə “Reuters” məlumat yayıb. 
Vitse-prezidentin rəhbərlik etdiyi heyətə ABŞ Prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşner, Milli Təhlükəsizlik Şurası, Dövlət Departamenti və Müdafiə Nazirliyinin nümayəndələri daxildir.
İran parlamentinin Sədri Məhəmməd Baqir Qalibafın rəhbərlik etdiyi Tehran nümayəndə heyəti isə Pakistan paytaxtına aprelin 10-da gəlib. Nümayəndə heyəti Mərkəzi Bankın sədri Əbdülnasir Himəati, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədiyan və xarici işlər naziri Abbas Əraqçidən ibarətdir. 
Bir neçə gün çəkəcəyi gözlənilən birbaşa danışıqların bu gün başlaması planlaşdırılır.