Əli Əsədov İqtisadi Şuranın növbəti iclasını keçirdi - FOTO

Aprelin 10-da İqtisadi Şuranın növbəti iclası keçirilib.

 

Nazirlər Kabinetindən Senzor.az-a bildiriblər ki, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində “Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup”u tərəfindən hazırlanan “Tikinti və kommunal infrastruktura qoşulma” və “Sənaye” sahələrində sahibkarların qaldırdığı aktual məsələlər və problemlər ətraflı müzakirə olunub.

 

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi və İşçi Qrupun rəhbəri Natiq Əmirovun gündəlikdə yer alan məsələlər üzrə məruzəsi dinlənilib.

 

İclasda təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri və dəvət olunanlar ədliyyə naziri Fərid Əhmədov, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov çıxış ediblər.

 

Yekunda iclas iştirakçılarının rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlərin həlli istiqamətində müvafiq normativ-hüquqi aktların layihələrinə dəyişiklikləri hazırlayaraq Nazirlər Kabinetinə təqdim olunması barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara tapşırıqlar verilib.














Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.