Maqsud Mahmudovun əmlaklarının üzərinə həbs qoyulub
Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun əmlaklarının üzərinə həbs qoyulub.
 
"Report"un məlumatına görə, istintaq materiallarında qeyd olunub ki, zərərçəkmişlər - Aslan Qəhrəmanov, Rövşən Əlibəyli və Məzahir Ağayevin mülki iddialarını, eləcə də ola biləcək xüsusi müsadirəni təmin etmək üçün Xətai Rayon Məhkəməsi təqsirləndirilən şəxsə məxsus paytaxtın Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşməklə hər birinin sahəsi 0,12 ha təşkil edən ümumilikdə iki torpaq sahəsi və Yasamal rayonu, Süleyman Rəhimov küçəsi 82 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulması barədə qərar çıxarıb.
 
İstintaq tərəfi həmin əmlakların xüsusi müsadirə edilməsini təklif edir.
 
Eyni zamanda, cinayət işinin materiallarında maddi sübut hesab olunan 1 ədəd 750 əyarlı 20,22 qram çəkidə üzük isə dövlət bankında saxlanılır.
 
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
 
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.
 
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
 
İş üzrə 90 nəfər zərərçəkmiş var. Onlardan ikisi müğənnilər-Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.