
Xalq artisti Arif Babayevin I Fəxri xiyabandakı məzarı üzərində qəbirüstü abidəsi ucaldılıb.
APA bildirir ki, abidənin müəllifləri Cavanşir Dadaşov və Nəriman Tağıyevdir.
Abidə sənətkarın əlində qaval aləti olan təsviri əsasında hazırlanıb.
Qeyd edək ki, Arif Babayev uzun sürən xəstəlikdən sonra ötən ilin avqustun 1-i vəfat edib.
