Gürcüstandan daha 101 əcnəbi deportasiya edildi – ARALARINDA AZƏRBAYCAN VƏTƏNDAŞLARI DA VAR

Gürcüstanın Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları tərəfindən son günlərdə keçirilən tədbirlər nəticəsində 101 xarici vətəndaş ölkədən deportasiya olunub.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Nazirliyin yaydığı məlumata görə, əməliyyatlar müvafiq struktur bölmələri ilə koordinasiyalı şəkildə həyata keçirilib.

 

Kompleks tədbirlər çərçivəsində Türkmənistan, Hindistan, İraq, Azərbaycan, Rusiya, Özbəkistan, Nigeriya, Banqladeş, İordaniya, Keniya, Sudan, Belarus, Uqanda, Nepal, Pakistan, Filippin, Qırğızıstan, Zimbabve, Livan və digər ölkələrin vətəndaşları Gürcüstan ərazisindən çıxarılıb.

 

Bildirilib ki, bu ilin ilk dörd ayının nəticələrinə əsasən, deportasiya olunan qanunsuz miqrantların sayı ötən ilin ümumi göstəricisinə yaxınlaşıb.

 

Qeyd edək ki, gücləndirilmiş nəzarət tədbirləri nəticəsində 2025-ci ildə Gürcüstandan ümumilikdə 1 311 əcnəbi vətəndaş çıxarılıb.

 

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin müəyyən müddət ərzində ölkəyə yenidən girişinə qadağa qoyulub.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.