
Azərbaycanlı zəvvarların 180 nəfərdən ibarət ilk qrupu Heydər Əliyev Hava Limanından Həcc ziyarətinə yola düşüb.
"Report" xatırladır ki, Həcc ziyarətində azərbaycanlı zəvvarlar üçün 1 150 kvota yeri ayırıb.
Bu il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6 100 ABŞ dolları müəyyən edilib.
Qeyd edək ki, mayın 27, 28-i Azərbaycanda Qurban bayramı qeyd olunacaq.

