Müəllimlərin yerdəyişmə müsabiqəsi:
VAKANSİYA SEÇİMİ MƏRHƏLƏSİ BAŞLAYIR

21 maydan etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanılacaq. Müsabiqə qaydalarına əsasən vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək.

 

Senzor.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

 

Bildirilib ki, müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiqlənmiş şəhid ailəsi üzvləri 21 may saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi mərhələsi 22 may saat 11:00-dək davam edəcək.

 

Növbəti mərhələdə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi prosesi həyata keçiriləcək və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

 

MÜTDA vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə seçim zamanı diqqətli olmalarını və seçim tamamlandıqdan sonra elektron ərizələrini təsdiqləməyi unutmamalarını tövsiyə edir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.