Ötən gün Xarkov şəhərinin 5 kilometrliyində yerləşən Çerkaskiye Tişki kəndinə düşən mərminin partlaması nəticəsində ölən azərbaycanlılarla bağlı rəsmi məlumat yayılıb.
Senzor.az Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğuna istinadən bildirir ki, əslən azərbaycanlı olan Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qayınanası həlak olublar: “Onların iki azyaşlı övladları sağ qalıb. Uşaqlar hazırda qohumlarının himayəsi altındadır”.
Bildirilib ki, Ukraynanın Xarkov şəhərində vəziyyət ağır olaraq qalmaqdadır: “Ölkəmizin Xarici İşlər Nazirliyinin təlimatları əsasında Fəxri konsulluq həmvətənlərimizə dəstək olmaq məqsədi ilə fəaliyyətini davam etdirir. Bu gün səhər saatlarından etibarən artıq 100 nəfərdən çox həmvətənimiz Xarkov şəhərindən təxliyə edilib. Çerkaskiye Tişki kəndi ətrafında döyüşlərin getməsi əhalinin təxliyəsini mümkünsüz edir. Azərbaycanın Fəxri Konsulluğu daimi əlaqə saxlayır və uşaqların vəziyyəti ilə maraqlanır. Həmvətənlərimizin təhlükəsiz təxliyəsi üçün işlər davam etdirilir”.