Müharibə veteranı "Kristal Abşeron"dan niyə narazıdır?
FOTO
Modern.az saytının redaksiyasına Bakı sakini Etibar Məlikov tərəfindən müraciət daxil olub. Vətəndaş müraciətində iddia edir ki, ona məxsus ev "Kristal Abşeron" şirkəti tərəfindən dağıdılıb. Birinci Qarabağ müharibəsi veteranı olan E.Məlikov hazırda yataqxanada məskunlaşmaq məcburiyyətində qaldığını söyləyib.
 
Müraciətdə deyilir: “Mən Məlikov Etibar Umudvar oğlu 1965-ci ildə anadan olmuşam. Birinci Qarabağ müharibəsinin ağır döyüşlərinin iştirakçısı olmuşam, müharibə veteranıyam. Qanlıgöl massivi 2A ünvanında 4 sota yaxın torpağı, 21.84 kvadrat metrlik otağı və sanitar qovşağı olan mənzil 30 ildən artıqdır istifadəmdədir. Həyətyanı sahədə 20-dən artıq gilənar, tut və digər meyvə tingləri əkərək onlara qulluq edib böyütmüşəm.
 
Ötən ilin ortalarından “Kristal Abşeron” şirkəti Qanlıgöl ərazisində yaşayan sakinlərlə görüşüb ərazinin onlara verildiyini bildirib. Şirkət sakinlərlə ayrı-ayrılıqda danışıb onların çoxunu razı salaraq mənzillərindən köçürməyə başlayıb. Mənim mənzilimi isə axıra saxlayıblar. Razılaşan qonşuların hasarlarını söküb evimin hər tərəfini zibilliyə çevirəndən, su sayğacımı sındırıb atandan, evin şüşələrini çilik-çilik edəndən sonra məni şirkətə dəvət etdilər.
 
Şirkətin əməkdaşı Şahvələd müəllimlə görüşdə o, evimin və sanitar qovşağın taxtadan tikildiyini bəhanə gətirərək mənə heç cür mənzil verə bilməyəcəklərini bildirdi. Mənzilimin içərisinin yalnız 15 kvadratmetr ərazisi olduğunu iddia edərək ümumilikdə 1500 manat kompensasiya təklif etdi (kvadratmetrinə 100 manat) və müharibə veteranına hörmət əlaməti olaraq məbləğin iki mislini, yəni 3000 manat veriləcəyini bildirdi (Halbuki mənzilin ölçülməsi zamanı verilən aktda evin və sanitar qovşağın iç ölçülərinin 21.84 kvadrat metr olduğu yazılıb). Şahvələd müəllim pulu götürməyə razılaşmasam, məni Yasamal rayon İcra Hakimiyyəti ilə hədələdi. Guya həmin ərazidə yaşayanların hamısının əlində sənəd varmış, təkcə məndən başqa.
  
“Bakı Şəhər İcra Hakimiyyəti ərazini bizim şirkətə ayırıb. Rayon İcra Hakimiyyətinə də tapşırılıb ki, ərazini boşaldıb bizə təhvil versin”– deyə Şahvələd müəllim çox arxayınlıqla əlavə etdi.
 
Hazırda yataqxanada yaşadığımı, son ümidim olan mənzilimi heç kəsə verməyəcəyimi, şəraitsizlik üzündən iki qızımın qohum evində yaşadığını, yalnız mənzil müqabilində şirkətlə razılaşacağımı söylədim. Şirkətin təmsilçisi Şahvələd müəllim “mənim özümün də problemlərim başımdan aşır, danışsam evi havayı verib gedəcəksiz” dedi və sonda rəhbərliklə bizim təklifimizi müzakirə edib nəticəsini 1-2 günə bildirəcəyinə söz verdi. Lakin Şahvələd müəllim neçə gün keçsə də özünə sığışdırıb rəhbərliyin cavabını da mənə bildirməyib. Əvəzində isə mənim əllərim ilə əkdiyim, qulluq etdiyim ağacları kökündən çıxarıb atırlar”.
  
Etibar Məlikov media ilə yanaşı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova, Daxili işlər naziri Vilayət Eyvazova, eləcə də digər müvafiq dövlət qurumlarına müraciət ünvanlayaraq, problemin həllinə köməklik istəyib: “Son ümidini 4 sot torpağa, 21.8 kvadratmetr mənzilə bağlayan Birinci Qarabağ müharibəsi iştirakçısının hüquqlarının müdafiəsinə yardım göstəriləcəyinə inanıram”.
 
Şikayətçinin sözlərinə görə, evinin yerləşdiyi əraziyə gedən yol da bağlanıb. 
 
Sayt müharibə veteranının şikayəti ilə bağlı "Kristal Abşeron" şirkəti ilə əlaqə saxlayıb. Şirkətin PR və Marketinq şöbəsindən bildirilib ki, Etibar Məlikovun müraciəti araşdırılır:  “Müvafiq filialda sakinin şikayətinin araşdırılması üçün iş prosesi başlayıb. Nəticə haqqında tərəfimizdən ictimaiyyətə məlumat veriləcək”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.